Şərtlər
Rezervasiya
Rezervasiya saytda təsdiqləndikdən sonra kort seçilmiş vaxt üçün sizin adınıza saxlanılır. Gələndə QR bileti və ya rezervasiya kodunu resepşndə göstərin.
Ödəniş
Onlayn ödəniş aktiv olmadıqda ödəniş klubda nağd və ya kartla edilir. Qiymətlər saytda göstərildiyi kimidir; axşam saatlarında əlavə tarif tətbiq oluna bilər.
Ləğv və dəyişiklik
Rezervasiyanı oyundan ən azı 6 saat əvvəl Hesabım bölməsindən ödənişsiz ləğv edə bilərsiniz. Daha gec ləğv və ya gəlməmək halında klub ödəniş tələb edə bilər.
Kortda qaydalar
Vaxtında gəlin, padel üçün uyğun idman ayaqqabısı geyinin, korta, avadanlığa və digər oyunçulara hörmət edin. Uşaqlar böyüklərin nəzarəti altında oynamalıdır.
Puanlar, promo kodlar və hədiyyə kartları
Puanlar ödənilmiş rezervasiya və sifarişlərə görə hesablanır və endirim kimi istifadə olunur. Hədiyyə kartları göstərilən müddət ərzində keçərlidir və nağd pula dəyişdirilmir.
Mağaza
Sifarişlər klubda götürülə, kortda təhvil alına və ya Bakı daxili çatdırıla bilər. İstifadə olunmamış məhsulu 14 gün ərzində qaytarmaq üçün bizimlə əlaqə saxlayın.